İsrail qarşı çıxdı, Misir sərhəd qapısını açdı - Qəzzaya böyük yardım

Misir oktyabrın 10-da bağlanan və Qəzzaya yardımın yeganə yolu olan Rəfah Sərhəd Qapısını yenidən açıb.

Metbuat.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumata görə, İsrail bölgəyə yardım göndərilməsinə icazə verməsə də, Misir bağlanan sərhədin yenidən açıldığını bildirib və İsraildən bu məntəqəni hədəf almamasını istəyib.

Misirin Xarici İşlər Nazirliyi mühasirədə olan Qəzza zolağına beynəlxalq yardımı Sinay yarımadasının şimalındakı Əl Ariş hava limanında qəbul edildiyini açıqlayıb. Buradan isə yardımlar Qəzzaya göndərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı