Argentinanın dünya çempionatının seçmə mərhələsində Paraqvayı 1:0 hesabı ilə məğlub etdiyi oyun zamanı gərginlik yaşanıb.
Metbuat.az xəbər verir ki, Paraqvay millisinin futbolçusu Antonio Sanabria matçın 84-cü dəqiqəsində Messinin üzünə tüpürüb. Amma Messi bunu görməyib.
Matçın sonunda Messi Sanabriyanın ona tüpürdüyünü öyrənib. Mətbuat konfransında Messi məsələ ilə bağlı "Düzdür, onun mənə tüpürdüyünü görmədim. Paltardəyişmə otağında dedilər ki, paraqvaylı futbolçu üstümə tüpürdü. Mənə dedilər ki, kimdi, amma mənə əhəmiyyət vermir. Yaxşı olar ki, bu hadisəni belə buraxım” deyə bildirib.