İsrail təkzib etdi - Qəzzada atəşkəs yoxdur

İsrail tərəfi Qəzza zolağında atəşkəsin elan edilməsi ilə bağlı məlumatı təkzib edib.

Metbuat.az “Trthaber”ə istinadən xəbər verir ki, Misirin təhlükəsizlik mənbələrinin bu barədə məlumat verməsindən sonra İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən xəbərlərə reaksiya bildirilib. Açıqlamada deyilir ki, hazırda Qəzzada atəşkəsin elan edilməsinə dair razılıq yoxdur. “Hazırda Qəzzadan əcnəbilərin çıxarılması qarşılığında atəşkəs və humanitar yardıma dair razılaşma yoxdur” – açıqlama deyilir.

Qeyd edək ki, Röyters agentliyi ABŞ, İsrail və Misirin Qəzzada atəşkəs haqqında razılığa gəldiyi barədə məlumat dərc etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı