Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon söhbətindən sonra Böyük Britaniyanın Baş naziri Rişi Sunakla danışıb.
Metbuat.az xəbər verir ki, danışıqların mövzusu İsrail-Fəlsətin münaqişəsi olub. Ərdoğan münaqişənin yekunlaşmasının regional və dünya sülhü üçün vacib olduğunu, Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün intensiv səylər göstərdiyini, gərginliyi artıran addımlardan qaçınılmasının lazım olduğunu bildirib.
Türkiyə mediasının məlumatına görə, Ərdoğan Qəzzadakı hadisələrlə bağlı 16 ölkənin lideri ilə danışıb.