"Real" və PSJ arasında Arda savaşı - Qisas alacaq

Arda Güler “Real Madrid”ə transfer olmazdan əvvəl PSJ-dən təklif alıb.

Metbuat.az xəbər verir ki, PSJ “Fənərbaxça”ya 20 milyon avro Ardaya da yaxşı məvacib təklif alıb. İspaniya mediasının məlumatına görə, Arda Güler təklifə əhəmiyyət verməyib. Bildirilir ki, Ardanın PSJ-nin təklifinə əhəmiyyət verməməsi PSJ rəhbərliyini qəzəbləndirib. PSJ-nin prezidenti Nasser Al-Xelaifi Ardanın bu davranışını kluba qarşı hörmətsizlik qəbul edib. Ardınca “Real Madrid” 20 milyon avro təklif edərək, Ardanı transfer edib. Məlumata görə, transfer zamanı “Real Madrid”lə PSJ arasında gərginlik yaşanıb.

Bildirilir ki, PSJ-nin prezidenti Nasser Al-Xelaifi “Real”ın istədiyi başqa futbolçunu transfer edərək, qisas almaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı