Yüzlərlə silahlı hərəkətə keçə bilər - Yeni cəbhə anonsu

HƏMAS-ın əməliyyatına cavab olaraq Qəzzanı bombalayan İsrailin hücumları barədə İrandan diqqətçəkən açıqlama gəlib.

Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Abdullahian bəyan edib ki, Livan Hizbullahı İsrailə qarşı hərəkətə keçə bilər. Abdullahiyan dövlət televiziyasında canlı yayımlanan xüsusi müsahibəsində Fələstin qrupları ilə İsrail arasındakı münaqişəni dəyərləndirib.“Yaxın saatlarda müqavimət cəbhəsi tərəfindən hər hansı qabaqlayıcı zərbənin endirilməsi ehtimalı gözlənilə bilər”, - Abdullahiyan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı