Poqba futboldan uzaqlaşdırıldı

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba dopinq ittihamı ilə bağlı müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, İtaliya Milli Antidopinq Məhkəməsinin məlumatına görə, Poqbada yüksək səviyyədə testosteron maddəsi müşahidə edilib. Bildirilib ki, Poqba oyunçular arasında təsadüfi seçilib və sınaqdan keçirilib. Poqbanın dopinqdən günahkar olduğu sübuta yetirilərsə, o 2 ildən 4 ilədək diskvalifikasiya edə bilər. Qeyd edək ki, testosteron idmançıların dözümlülüyünü artıran maddədir.

Poqba bununla bağlı əks iddia ortaya qoymalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı