ABŞ Prezidenti Co Bayden İsrailə səfər edib.
Metbuat.az xəbər verir ki, Baydeni İsrailin baş naziri Binyamin Netanyahu qarşılayıb. Netanyahu dəstəyə görə Baydenə təşəkkür edib.
Məlumata görə, Bayden baş nazir Benyamin Netanyahu ilə görüşü zamanı mühüm humanitar yardımların Qəzzaya daxil olmasına icazə vermək üçün təzyiq göstərəcək. Səfər zamanı ABŞ prezidentinin ölən və girov götürülmüş israillilərin ailələri və İsrail komandaları ilə də görüşü nəzərdə tutulub.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Baydenin səfəri zamanı bölgədəki vəziyyətlə bağlı məlumat alacağını, İsrailin hədəfləri və gələcək planları ilə bağlı müzakirələr aparacağını açıqlamışdı.