Yüzlərlə kəndli tarlaya toplaşıb dua etdi - FOTO

Qlobal iqlim böhranı səbəbindən əlverişsiz hava şəraiti ilə üzləşən indoneziyalılar yağış duasında çıxıblar.

Metbuat.az xəbər verir ki, Qərbi Yava bölgəsinin Ciamis bölgəsində quraqlıq səbəbiylə fermerlər tarlalara toplaşaraq yağış yağması üçün dualar ediblər. Kişi və qadınların ayrı-ayrılıqda iştirak etdiyi tədbirdə yüzlərlə kənd sakini eyni vaxtda dua edib, yağış arzulayıb.

Bildirilib ki, quraqlıq Qərbi Yavada 441 kəndə təsir edib. Yüzlərlə insanın iştirak etdiyi tədbir həm yerli, həm də beynəlxalq media qurumlarının gündəmində olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı