Bu il müxtəlif ölkələrdən olan 106 ərizəçinin (ailə üzvləri ilə birlikdə 163 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidmətində (DMX) qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə DMX-dən bildirilib.
Qeyd olunub ki, "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır və müvafiq qərarlar qəbul edilir.