Rusiya Türkiyənin Fələstin münaqişəsinin həlli ilə bağlı təklifini dəstəklədi

Türkiyənin iərli sürdüyü İsrail-Fələstin münaqişəsinin tərəflərinə qarant ölkələr yaratmaq formulunu müzakirə etməyə və qiymətləndirməyə hazırıq.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. Lavrov Şimali Koreyanın paytaxtı Pxenyanda keçirdiyi təmaslardan sonra jurnalistlərin İsrail-Fələstin münaqişəsi ilə bağlı suallarını cavablandırıb. O bildirib ki, Rusiya münaqişənin həlli üçün müvafiq ölkələrlə məsləhətləşmələri davam etdirir.

"Misir təşəbbüsü öz üzərinə götürür. Bəli, hamımız Qəzza zolağında gərginliyin azalmasını istəyirik. Önümüzdəki günlərdə təmaslar olacaq və bu prosesdə buna güvənməyin nə qədər real olduğu bəlli olacaq. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bütün tərəfləri hər cür zorakılıq hərəkətlərini dayandırmağa və həll yollarını tapmağa çağıran qərarı ilə real mexanizm yaradıla bilər” - Lavrov deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı