Modelyerin atasının qatili bu deputatın dayısı imiş - FOTO

Tanınmış modelyer Elnarə Bəkirovanın atasını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyev millət vəkili Elnur Allahverdiyevin qohumlarıdır.

Metbuat.az "News24.az"a istinadən bildirir ki, bu barədə E. Bəkirova məlumat verib. O bildirib ki, atasını qətlə yetirən Mustafa Zeynalov "Kontakt Home"un sahibi, millət vəkili Elnur Allahverdiyevin dayısıdır. Zərərçəkmiş qeyd edib ki, qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.

Qeyd edək ki, E. Bəkirovanın atası Kamran Bəkirov bu ilin aprel ayında üzərində 3 yüz min manatla itkin düşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K. Bəkirovun Mustafa Zeynalov və Namiq Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı