Əli Mirəliyev müğənninin məzarı önündə üzr istədi - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev əri tərəfindən qətlə yetirilən müğənni Yaqut Nərimanla bağlı müzakirələrə səbəb olan fikirlər söyləyib. Daha sonra sənətçi "Bizimləsən" proqramına zəng edərək, bir vaxtlar duet oxuduğu ifaçı haqda xoşagəlməz sözlərə görə üzr istəyib. Mərhumun anası Əli Mirəliyevin üzrünü qəbul etməyib, onu məhkəməyə verəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, qətlə yetirilən müğənni haqda dediyi sözlərdən peşman olan Əli Mirəliyev bu dəfə mərhumun məzarını ziyarət edib. O, Yaqut Nərimanın məzarı önündə üzr istəyib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Yaqut Nəriman adı ilə tanınan müğənni Yaqut Həşimova dünən Nizami rayonu ərazisində bıçaqlanaraq öldürülüb. Hadisə ilə bağlı onun həyat yoldaşı Anar Həşimov şübhəli şəxs qismində saxlanılıb. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR