İsrailin Ankaradakı səfiri Türkiyəni tərk etdi

İsrailin Ankaradakı səfiri İrit Lilian digər İsrail diplomatları ilə birlikdə Türkiyəni tərk edib. Bu barədə Türkiyənin NTV telekanalı və digər KİV məlumat yayıb.

Reuters xəbər verir ki, İsrail səfirliyi bu məlumatları şərh etməkdən imtina edib.

Bu həftənin əvvəlində İsrailin Milli Təhlükəsizlik Şurası Qəzza münaqişəsi fonunda Türkiyəyə qarşı səyahət xəbərdarlığı edib. Şura həmçinin Türkiyədəki İsrail vətəndaşlarını tez bir zamanda ölkəni tərk etməyə çağırıb.

İsrail aviaşirkətləri Türkiyəni tərk etmək istəyən israillilər üçün çərşənbə günü axşam saatlarında İstanbuldan uçuşlar təşkil edib.

Qeyd edək ki, Türkiyədə üç günlük matəm elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı