Parisdə Fələstinə dəstək nümayişi keçirildi - VİDEO

Parisdə minlərlə insan polisin müdaxiləsinə və yağışa baxmayaraq Respublika meydanına toplaşaraq Fələstinə dəstək nümayiş etdirib.

Metbuat.az xəbər verir ki, polis aksiyalara müdaxilə edib. Aksiyalar zamanı ümumilikdə 827 nəfər cərimələnib, 43 nəfər həbs edilib. Parisdə Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün bir araya gələnlər əllərində Fələstin bayraqları ilə yanaşı, “Azad Fələstin”, “Fələstin qalib gələcək, Fələstin qalib olacaq” kimi pankartlar daşıyıblar.

Ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü nümayişdə polis “Hamımız Fələstinliyik”, “Qəzzaya ağ fosfor yağır”, “Soyqırımı dayandırın” şüarları səsləndirən nümayişçiləri meydandan çıxarmağa çalışıb. Polislə bəzi nümayişçilər arasında qarşıdurma baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR