Türkiyə Superliqasında 9-cu turda İstanbul derbisi reallaşıb.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" "Beşiktaş"ı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qollar: İkardi, 26 (1:0), Çemberleyn, 69 (1:1), İkardi, 82-pen. (2:1)
Qırmızı vərəqə: Günok, 30 ("Beşiktaş")
Bu nəticədən sonra xalını 25-ə çatdıran (9 oyun) "Qalatasaray" turnir cədvəlində lierliyə yüksəlib. 24 xalla (8 oyun) 2-ci yeri düşən "Fənərbaxça" sabah "Hatayspor"a qalib gəlsə, yenidən lider olacaq. "Beşiktaş" 16 xalla 4-cüdür.