Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğlu imiş - YENİ FAKTLAR

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. H.-ni bıçaqlayıb. Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Metbuat.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı