İsrail ordusu Misirə zərbə endirdi

İsrail ordusuna məxsus tank Rafah Sərhəd Qapısı yaxınlığında Misir ordusunun mövqelərinə səhvən zərbə endirib.

Metbuat.az xəbər verir ki, İsrail ordusunun açıqlamasında tankın səhvən atəş açdığı bildirilib. Misir tərəfi bildirib ki, Qəzza zolağında davam edən qarşıdurmalar zamanı sərhədin əks tərəfindəki İsrail tankından təsadüfən atılan top mərmisinin parçaları Misir ordusunun sərhəd nəzarət qüllələrindən birinə dəyib. Hadisədə Misir sərhədçilərinin yüngül yaralandığını və lazımi araşdırmaların davam etdiyini bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı