Daha bir tələbə ürəktutmadan vəfat etdi - FOTO

Bakıda tələbə ürəktutmasından vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sahil Abbaslı qəfil həyatını itirib. Məlumata görə, tarix müəllimliyi ixtisasında təhsil alan tələbənin ölümünə infarkt səbəb olub.

Abbaslı Sahil Qədim oğlu 2020-2021-ci tədris ilində İmişli rayonunun R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbini bitirib. Elə həmin ili də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsinə daxil olub. Arzusu müəllim olmaq idi. Sahilin bacısı Abbaslı Pərişan Lənkəran Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsini bitirib, hazırda həmin universitetdə işləyir. Qardaşı, Gündüz Abbaslı isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib, hərbi xidmətdən yeni qayıdıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR