Super Liqa təmsilçisi “Adana Dəmirspor”un futbolçusu Balotelli Prezident Rəcəb Tayyib Ərdoğanın Dünya İqtisadi Forumundakı "One minute" videosunu paylaşaraq Fələstinə dəstək olub.
Metbuat.az xəbər verir ki, Ərdoğanın etirazı 2009-cu ildə Qəzzaya hücumların qanuni olduğunu irəli sürən və bütün dünyada böyük əks-səda doğuran İsrailin o vaxtkı prezidenti Şimon Peresə qarşı olmuşdu. Balotellinin paylaşımı sosial mediada gündəm olub.