Ali Məclisin deputatı AŞ-nin komitəsində 1-ci vitse-prezident seçildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aidə Cəlilzadə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov rəsmi feysbuk hesabında paylaşım edib.

"Milli nümayəndə heyətimizin üzvü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin prorektoru bu gün Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilmişdir. Dəyərli həmkarımız Aidə Cəlilzadə xanımı təbrik edirəm, dövlətimiz və millətimiz üçün xeyirli olsun", - paylaşımda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı