"Qalatasaray" matçında Keyn eşitmə qabiliyyətini itirdi

“Bavariya”nın futbolçusu Harri Keyn "Qalatasaray" matçında azarkeşlərin səs-küyünə görə eşitmə qabiliyyətini itirdiyini bildirib.

Metbuat.az xəbər verir ki, Harri Keyn UEFA Çempionlar Liqasında "Qalatasaray"la matçından sonra “Qalatasaray”ın azarkeşlərini tərifləyib. Bu stadionda oynamağın çətin olduğunu deyən hücumçu matçdan sonra eşitmə qabiliyyətinin bərpa olunduğunu vurğulayıb.

"Biz vacib qələbə qazandıq. "Qalatasaray"ın stadionunda oynamaq çox çətindir. Bu, həqiqətən əla atmosferdir. Buna görə təşəkkür edirəm. Azarkeşlərin komandaya təsiri həqiqətən yüksəkdir. İlk dəfədir ki, “Qalatasaray”ın stadionundayam və açığını desəm, matç bitdikdən sonra eşitmə qabiliyyətimi bərpa edirəm.

Qeyd edək ki, “Qalatasaray” “Bavariya” ya 1-3 hesabı ilə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı