Bruyne bu kluba keçə bilər - Fantastik təklif

“Əl-Nəssr” klubunun "Mançester Siti"nin futbolçusu Kevin De Bruyneni transfer etmək üçün hərəkətə keçdiyi iddia edilib.

Metbuat.az xəbər verir ki, "Əl-Nassr" klubu De Bruynenin agenti ilə əlaqə saxlayıb. Ərəblər De Bruynenin agentindən futbolçu ilə görüş təşkil etməsini istəyiblər. Məqsəd hücumameyilli yarımmüdafiəçini komandaya qoşulmağa razı salmaq üçün ona uzunmüddətli strategiyasını izah etməkdir. Bildirilir ki, 32 yaşlı De Bruynenin "Siti" ilə 2025-ci ilə qədər müqaviləsi var. Pep Qvardiolanın komandasında mühüm futbolçu olan belçikalı bu mövsüm Premyer Liqada yalnız bir dəfə oynayıb və aldığı əzələ zədəsi səbəbindən sıradan çıxıb.

Məlumata görə, "Mançester Siti" də Bruyne ilə yeni müqavilə imzalamaq istəyir. Lakin ərəblərin fantastik təklifi Bruynenin fikrini dəyişdirə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR