Deputat tıxaclardan şikayətləndi: "Heç də maraqlı həyat deyil"

"Şəhər iflicdir. Vətəndaşlar çox əziyyət çəkir".

Metbuat.az xəbər verir ki, bunu deputat Razi Nurullayev öz feysbuk hesabında yazıb. O, şəhərdə yolları iflic edən tıxacın insanlara olduqca çətinliklər yaratdığını bildirib:

"Evdən bir saat lap tez çıxır ki, gecikməsin, axşam bəzən iki-üç saat tıxaclarda itirir. Bir tikə çörək yeyib tez yatır ki, sabah erkən duracaq. Heç də maraqlı həyat deyil. Maşınların sayı da günü-gündən artır. Əslində, alternativ çıxış yolu çox deyil. Ən münasib yol şəhərin bütün nöqtələrinə, qəsəbələrinə metro çəkilişi və qatarların hərəkətidir. İctimai nəqliyyat isə hələ ki effektiv deyil. Vəziyyət doğurdan da ağırdır", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı