İsrail ordusu Qəzzada irimiqyaskı quru əməliyyatı keçirdi

İsrailin Quru Qoşunları HƏMAS-ın mövqelərinə hücum etmək üçün Qəzza zolağında irimiqyaslı əməliyyat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin ordu radiosu məlumat verib. Açıqlamada deyilir ki, İsrail qüvvələrinin hücumların növbəti mərhələlərinə (quru əməliyyatı) hazırlıq məqsədilə Qəzzanın şimalında hərbi fəaliyyətlər həyata keçirilib.Açıqlamada, İsrail tanklarının Qəzzanın şimalında HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları”na aid çox sayda hədəfi vurduğu bildirilib. Əsgərlərin daha sonra bölgəni tərk edərək İsrail ərazisinə qayıtdığı qeyd edilib.

Ordunun paylaşdığı videoda buldozerlərin müşayiəti ilə tankların İsrailin Qəzza sərhədində qurduğu hasarları keçərək Qəzzanın şimalındakı gecəqondulardakı bəzi binaları vurduğu müşahidə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı