“Sumqayıt” – “Sabah” oyunundakı hadisələrlə bağlı cəzalar açıqlandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi Azərbaycan Premyer Liqasının II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

II turdan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununda “gənclik şəhəri” təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

Matçın 90+4-cü dəqiqəsində “Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəza alıb.

Həmçinin o, avqustun 24-də təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə ilə cəzalandırıldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 2 oyun cəzalanıb. Bu hadisələrə görə klub da 1000 manat ziyana düşüb.

Qeyd edək ki, oyun "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı