“Qarabağ” başsağlığı verdi

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış diktor Ramiz Qafarov ürəktutmasından vəfat edib.

Metbuat.az xəbər verir ki, “Qarabağ”ın ev oyunlarında stadionun diktoru olan R. Qafarovun vəfatı ilə bağlı klub başsağlığı verib.

“Tanınmış idman diktoru, daim səsini “Qarabağ”ın oyunlarında duyduğumuz Ramiz Qafarov dünyasını dəyişib. "Xarı Bülbül Şuşa" voleybol klubunun avrokubok qarşılaşmasında aparıcılıq edərkən halı pisləşən diktor vəfat edib. Mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.

Allah rəhmət eləsin!”.

Qeyd edək ki, Ramiz Qafarovun “Spartak” - “Xarı bülbül” voleybol matçında halı pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR