Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,55 dollar artaraq 90,48 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,33 dollar bahalaşaraq 85,54 dollar təşkil edib.