Sülhməramlıların şəxsi heyətinin rotasiyası başa çatır

Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə planlı təmir üçün silah və hərbi texnikanın Rusiya Federasiyasına göndərilməsi başa çatdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonu ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Kontingentin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, sülhməramlıların müşayətilə bölgədə əhalinin məskunlaşdığı ərazilərə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işləri davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı