“İsrailin HƏMAS-ı məhv etmək planı 10 faiz tamamlanıb” - KİV

İsrailin HƏMAS-ı məhv etmək planı 10 faiz tamamlanıb.

Bu barədə "İsrail Hayom" qəzeti bu ölkənin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, İsrail Milli Təhlükəsizlik Şurasında və Xarici İşlər Nazirliyində Fələstinin müharibədən sonrakı idarəçiliyinin müxtəlif variantlarını ayrıca araşdıran iki işçi qrup yaradılıb.

Qeyd olunur ki, nazirlərin təklif etdiyi variantlar arasında beynəlxalq nəzarətin və ya Misirlə birgə idarəetmə mexanizminin yaradılması, eləcə də Qəzzada hakimiyyətin fələstinli siyasətçi Məhəmməd Dahlana verilməsi daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı