Azərbaycanlı milyarderin sərvəti fantastik həddə artdı - Cəmi 11 ay ərzində

Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən 23,279 milyard dollar artıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə "Bloomberg"in dərc etdiyi Milyarderlər İndeksində məlumat verilib . İş adamlarının sərvəti şirkətin səhmlərinin dəyəri əsasında hesablanıb.

"Bloomberg"in məlumatına görə, bu ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 7,83 milyard dollar qazanıb və sərvətini 23,2 milyard dollara çatdırıb.

"Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 3,47 milyard dollar artaraq 16,6 milyard dollara çatıb. Təbii qaz istehsalçısı "Novatek"in səhmdarı Gennadi Timçenko 3,31 milyard dollar daha çox əldə edərək sərvətini 15,1 milyard dollara çatdırıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın əvvəlində Forbes ən zəngin amerikalıların reytinqini təqdim edib . Siyahıya növbəti dəfə sərvəti 251 milyard avro dəyərində qiymətləndirilən İlon Mask başçılıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı