İsrailin hücumları nəticəsində bölgədə ağır yaralananların Misirə keçməsi üçün blokada altında olan Qəzza sərhədindəki Rəfah sərhəd qapısı açılıb.
Metbuat.az xəbər verir ki, Rəfah sərhəd qapısının açılmasından sonra yaralıların daşınması üçün Misirdən Qəzza tərəfinə təcili yardım maşınları daxil olub. Mühasirəyə alınan bölgəyə humanitar yardım aparmaq üçün Misirdə gözləyən bəzi yük maşınları da sərhəd qapısı açıldıqdan sonra Qəzzaya keçib. Misirin “Cairo News” kanalı Qəzzada ağır yaralanan 80 nəfəri Misirə aparmaq üçün Misirdən gələn təxminən 40 təcili yardım maşınının Rəfah sərhəd qapısından keçdiyini bildirib.