Müğənnini öldürən qardaşı ilə bağlı YENİ DETAL

Bu gün səhər saat 07 radələində Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov barəsində bəzi faktlar üzə çıxıb.

Metbuat.az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Abbasov 2008-ci ildən həbsdə imiş və bu ilin may ayında azadlığa çıxıb. Belə ki, 15 il əvvəl Hüseyn Bərdə rayonunda anası Ceyran Qiyasovanı döyə-döyə amansızlıqla qətlə yetirib. Həmin vaxt o, həbs edilib və uzun müddət həbsdə saxlanılıb. Həbs müddətində islah olunmayan şəxs azadlığa çıxandan sonra ögey (ata bir, ana ayrı) bacısı-Gəncədə yaşayan Səbinə ilə əlaqə saxlayıb. O, müğənnilik edən bacısından mütəmadi olaraq pul tələb etməyə başlayıb və aralarında narazılıq yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı