DSMF-in gələn il gözlənilən gəlirlərinin strukturu açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü ildə gözlənilən 6 milyard 919,9 milyon manat məbləğində gəlirlərinin 5 milyard 288,1 milyon manatı və yaxud 76,4 %-i məcburi dövlət sosial sığorta haqlarının hesabına formalaşacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il DSMF büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,7 % çoxdur.

Gələnilki gəlirlərin 1 milyard 392 milyon manatını (5,2 % az) dövlət büdcəsindən transfert, 227 milyon manatını qalıqdan xərcə yönəldilmiş vəsait, 12,7 milyon manatını (0,8% çox) isə sair gəlirlər təşkil edəcək.

Beləliklə, 2024-cü ildə DSMF-nin büdcədən asılılığı 20,1 % təşkil edəcək ki, bu da 2023-cü ilə nisbətən 3,3 faiz bəndi azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı