Talıbov lüks maşını ilə Bakıda göründü - VİDEO

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov bu dəfə Bakıda görüntülənib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, "Port Baku"da alış-veriş edən Seymur Talıbov yeni model 77-AA-006 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilinə əyləşib və oradan ayrılıb.

Qeyd edək ki, Seymur Talıbovun idarə etdiyi "Range Rover" avtomobili 450 min manat dəyərindədir.

Xatırladaq ki, S. Talıbov Naxçıvan Ali Məclisinin deputatıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR