Canlı yayımda Tuxel özündən çıxdı - “Get əylən”

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel “Borussia Dortmund” üzərində 4-0 qələbə ilə yekunlaşan oyunla bağlı suallara cavab verərkən, reportajı yarımçıq saxlayıb.

Metbuat.az xəbər verir ki, Tomas Tuxel onu tənqid edən Almaniya millisinin sabiq futbolçuları Didi Hamann və Lotar Mattausa sərt reaksiya verib. Tuxel birbaşa olaraq Hamaan və Matthausa müraciət edərək deyib:

"Komanda ilə baş məşqçi arasındakı gərginliyə baxmayaraq 4:0 hesabı ilə qalib gəlmək çox təəccüblü idi. Bəs nə oldu? Lotar bilmirsə bəlkə Didi bilir. Komandamdan razıyam." Xoşbəxtəm".

Matthaus Tuxelə cavab vermək istəyəndə o müsahibəni bu sözlərlə bitirib: "Nə istəyirsən deyə bilərsən, amma mən müzakirənin bir hissəsi olmaq istəmirəm. 4-0 qalib gəldik, amma indi bir fikir söyləməlisən. 180 dərəcə dön. Əylən!"Qeyd edək ki, Lotar Mattaus "Bavariya" Almaniya Kubokunda 3-cü Liqa komandası “Saarbrükken”ə uduzduqdan sonra Tuxeli tənqid etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı