Hakan Fidanın masasının üzərindəki fiqur diqqət çəkdi - FOTO

Xəbər verdiyimiz kimi ABŞ-ın dövlət katibi Antoni Blinken Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanlargörüşüb.

Metbuat.az xəbər verir ki, kritik görüşün hər detalı müzakirə mövzusu olub. Onlardan biri də görüş zamanı lentə alınan fotoda Blinkenin arxasında Fidanın masasında ay-ulduz içərisində Məscidül-Əqsaya bənzəyən fiqurun olmasıdır. Bu detal sosial mediada trend olub. Bəzi dairələr bunun mesaj olduğunu irəli sürüb. Lakin diplomatik mənbələr bunu təkzib edib. Bildirilib ki, sözügedən fiqurun Məscidül-Əqsa ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Antoni Blinkenlə Hakan Fidanla arasındakı görüş 2,5 saat davam edib. Tərəflərin birgə mətbuat konfranı keçirməməsi də diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı