Blinkenin səfəri zamanı Ərdoğanın Rizədən verdiyi mesaj müzakirələrə səbəb oldu

ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın Rizəyə getməsi Fransanın “AFP” xəbər agentliyinin gündəminə gəlib.

Metbuat.az xəbər verir ki, məqalədə Ərdoğanın bundan əvvəl Blinken barədə "Sən necə diplomatsan?" dediyi xatırladılıb və Türkiyə liderinin Rizəyə getməklə amerikalı diplomata “sənə əhəmiyyət vermirəm” mesajı verdiyi irəli sürülüb. Blinkenin Ankaraya səfəri ilə bağlı təhlildə Ərdoğanın bu addımının amerikalı diplomatı vecinə almaması kimi şərh edilib.

Qeyd edək ki, Ankaraya gələn ABŞ dövlət katibi Entoni Blinken Türkiyə tarixində ilk dəfə heç bir yüksək səviyyəli rəsminin qatılmadığı mərasimlə qarşılanıb. Blinken xarici işlər naziri Hakan Fidan ilə görüşüb. İki nazir arasında Qəzzə başda olmaq üzrə mühüm mövzular müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı