"Cənab Prezidentin müstəsna fəaliyyəti digər dövlət başçılarına örnəkdir" - Xanlar Vəliyev

"Sentyabrda uğurla həyata keçirilən antiterror əməliyyatları bir daha təsdiq etdi ki, “Dəmir yumruq” yerindədir, istənilən təxribatın qarşısını qətiyyətlə almağa və düşmənin “başını əzməyə” qadirdir. Dövlətimizin başçısı hərbi və siyasi-diplomatik yolla ölkəmizin əzəli ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdi. Prezidentin müstəsna fəaliyyəti digər dövlət başçılarına örnəkdir".

Metbuat.az xəbər verir ki, bu sözləri Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qazilərlə görüş zamanı bildirib.

Vətən müharibəsindən, qazanılan möhtəşəm Qələbədən bəhs edən Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı