Əqli Mülkiyyət Agentliyində Zəfər günü qeyd olunub - FOTO

Azərbaycan xalqının qazandığı böyük qələbə - 8 noyabr Zəfər günü münasibətilə Əqli Mülkiyyət Agentliyində tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək tarixi qələbəyə qədər keçilən yoldan və qələbədən sonra həyata keçirilən möhtəşəm quruculuq işlərindən danışıb. O qeyd edib ki, otuz ilə yaxın Ermənistan hərbi birləşmələrinin işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan Prezident, İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti sayəsində azad olunub.

Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda həyata keçirdiyi islahatlar, diplomatiya sahəsində qazandığı uğurlar, ölkəmizin sosial-iqtisadi sahədə yüksəlişi adım-adım bizi bu zəfərə yaxınlaşdırırdı. Beləliklə, otuz il ədalətin bərpası arzuları və torpaqlarımızın qaytarılması həsrəti ilə yaşadıq. Lakin, 44 günü qürur və həyəcanla, 23 saat 43 dəqiqəni şərəf və sevinclə yaşayaraq qələbəyə nail olduq. Vətəndaş mənliyimiz qaytarıldı, başımız uca oldu. Bütün bunları bizə Prezident, Ali Baş Komandan İlham Əliyev bəxş etdi. İndi azad olmuş torpaqlarımıza böyük qayıdış başlayıb. İnsanlar öz ata-baba yurdlarına dönürlər.

Kamran İmanov qeyd edib ki, bu qələbə sevincini öz canı və qanı bahasına bizə yaşadan şəhidlərin xatirəsi heç vaxt unudulmayacaq. Dövlətimiz onların ailələrinə, o cümlədən qazilərimizə daim diqqət və qayğı göstərir. O bildirib ki, bu zəfər son iki yüz ildə bizim ən böyük qələbəmizdir və biz öz torpaqlarımızda sülh və əmin-amanlıq içində yaşamaq istəyirik. Separatizmə, işğalçılığa hər zaman yox deyirik.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bir daha Ali Baş Komandan İlham Əliyev başda olmaqla ordumuzu, xalqımızı bu tarixi qələbə münasibəti ilə təbrik edib və Agentlində çalışan müharibə veteranları ilə bağlı xüsusi əmr imzaladığını bildirib. Müharibə veteranları və tədbir iştirakçıları 8 noyabr - Zəfər günü ilə bağlı ürək sözlərini çatdıraraq diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı