“Qarabağ” bu gün "Bayer"lə qarşılaşacaq - UEFA Avropa Liqası

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV görüşünü keçirəcək.

Metbuat.az xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu doğma azarkeşləri önündə Leverkuzen “Bayer”ini qəbul edəcək. Almaniya təmsilçisi qrupda liderdir və bütün matçları qələbə ilə başa vurub. Ağdam kollektivi avrokuboklarda son matçını məhz bu komandaya qarşı keçirib və səfərdə 1:5 hesabı ilə məğlub olub.

“Bayer” cari mövsüm Bundesliqada da 10 matça topladığı 28 xalla ilk pillədə qərarlaşıb. Kollektiv yoluna məğlubiyyətsiz davam edir. “Köhlən atlar” isə Azərbaycan Premyer Liqasında 12 turdan sonra 23 xal toplayıb və 2-ci yerdədir

Qeyd edək ki, qrupun digər qarşılaşmasında İsveç “Hekken”i ilə Norveç kollektivi “Molde” üz-üzə gələcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

IV tur

21:45. “Qarabağ” (Azərbaycan) - “Bayer 04” (Almaniya)

Baş hakim: Kreyq Pouson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR