Samuxda qətl törədilib

Samux rayonunda qətl faktı qeydə alınıb.

Metbuat.az bildirir ki, noyabrın 9-də saat 16:20 radələrində Samux rayonu Burunqovaq kəndi ərazisində 1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini - 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR