"Qarabağ" "Bayer"ə son dəqiqələrdəki qolla məğlub oldu

Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı dördüncü matçında Almaniyanın "Bayer" komandası ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanı ingiltərəli FIFA referisi Kreyq Pouson idarə edib.

Görüşün taleyini 1 qol həll edib. Əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Viktor Bonifeysin penaltidən vurduğu qol qonaqlara qələbə qazandırıb.

85-ci dəqiqədə "köhlən atlar"ın əsas qapıçısı Andrey Lunyov zədələnərək Luka Quqeşaşvili ilə əvəzlənib.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Leverkuzen təmsilçisi 1/8 finala vəsiqəni təmin edib və qrup liderliyini davam etdirir. Altı xalı olan Ağdam klubu isə ikinci pillədə qərarlaşıb.

Qrupun digər görüşündə isə “Hekken” İsveçdə Norveç “Molde”sini sınağa çəkəcək.

Qeyd edək ki, "Bayer" və "Qarabağ" komandaları arasında Almaniyada keçirilmiş görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı