Messi heyranı olduğu insanın adını açıqladı

Argentinanın futbol üzrə millisinin və Amerikanın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi "Adidas"ın yutub kanalına müsahibəsində həmyerlisi, keçmiş futbolçu Pablo Aymara heyran olduğunu etiraf edib.

Bu barədə Metbuat.az xarici mətbuata istinadən xəbər verir.

“O, “Valensiya”daydı, güclü komandanın olduğu “River Pleyt”də idi və bu komandada fərqlənirdi. Onun oyun tərzini həmişə bəyənmişəm. Bizim üçün hər zaman birinci olan, başqalarından üstün olan Dieqo Maradonadan başqa, heyran olduğum Pablo idi”, - Messi deyib.

Qeyd edək ki, 44 yaşlı Aymar karyerası ərzində Argentinanın “River Pleyt”, İspaniyanın “Valensiya” və “Real Saraqosa”, Portuqaliyanın “Benfika” və Malayziyanın “Cohor” klublarında çıxış edib. Yarımmüdafiəçi Argentina millisinin heyətində 52 oyun keçirib. O, bu gün Argentina milli komandalarından birinin məşqçisidir.

Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Hücumçu iki il Fransanın PSJ komandasının heyətində oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Oktyabrın 30-da argentinalı hücumçu karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı