Azərbaycan milli komandasının üzvü Mixail Malkin Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.
Federasiyadan verilən məlumata görə, idmançı Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yerə layiq görülüb.
Qeyd edək ki, 9-12 noyabr tarixlərində Birminqemdə batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatı keçirilir. Daha əvvəl Azərbaycan yığma komandasının üzvləri Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədov Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gimnastika tariximizdə ilk dəfə tamblinq üzrə komanda hesabında qızıl medala layiq görülüblər.