İsrail Qəzzada müvəqqəti atəşkəs elan etdi

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisində döyüşləri müvəqqəti dayandırıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə TASS ordunun mətbuat katibi Avixay Edriyə istinadən məlumat yayıb.

“Yerli vaxtla saat 10:00-dan 14:00-a qədər ərzaqların çatdırılması və əhalinin təxliyəsi üçün Cəbəliyə bölgəsində humanitar məqsədlərlə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq”, - Edri qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bildirib. Əməliyyat “Dəmir qılınclar” adlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı