İsrail ordusu Misirlə sərhədə yaxın Rəfah şəhərində humanitar fasilə elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib. Məlumata görə, ordu hərbi əməliyyatları 4 saatlıq dayandırıb.

Qeyd edək ki, Rəfah şəhəri ilə Misir sərhədində yerləşən Rəfah sərhəd qapısı dinc əhaliyə humanitar məqsədlər üçün istifadə edilir.