Polkovnik-leytenant yüksək vəzifəyə təyin edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.

Metbuat.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Xanbabayev Elnur Zabit oğlu FHN-nin Şimal Regional Mərkəzinin rəis müavini təyin olunub.

Qeyd edək ki, 19.10.1976-ci ildə anadan olan Elnur Xanbabayev Bakı şəhərindən anadan olub, Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirib. Ailəlidir, 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR