UEFA-dan azərbaycanlı hakimə təyinat

Azərbaycanın FİFA referisi Rauf Cabbarov təyinat alıb.

Metbuat.az xəbər verir ki, bu barədə UEFA-nın yaydığı məlumatda bildirilib.

O, 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Rauf Cabbarova yan xətdə Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da Skopyedə keçiriləcək Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı