Sərhəd bağlı deyil - Misir iddiaları rədd etdi

Misirin xarici işlər nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd mətbuata açıqlamasında Rəfah sərhəd qapısının bağlı saxlandığına dair iddiaların doğru olmadığını bildirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Rəfah sərhəd qapısı müharibənin əvvəlindən bəri heç vaxt bağlanmayıb. “Qadağanedici şərtlərlə və əsassız bəhanələrlə Qəzza zolağına yardımın daxil olmasına mane olan İsrail tərəfidir” deyən Əbu Zeyd, sərhədin bağlı qalmasına görə Misiri qınayanları tənqid edib.

Əbu Zeydin sözlərinə görə, sərhədin bağlı olduğunu iddia edənlər, bölgəyə səfər edən Birləşmiş Millətlər Təşkilatı rəsmilərinin açıqlamalarına baxsınlar və beynəlxalq rəsmilərin bəyanatlarında Misir tərəfinin humanitar yardımın Qəzza tərəfinə davamlı şəkildə daxil olması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini bildirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı